Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.08.2022 16:20
  • A-
  • A
  • A+

Fiziologiya İnstitutunun əməkdaşları Oxçuçayda monitorinq işlərinin aparılmasında iştirak ediblər

Fiziologiya İnstitutunun əməkdaşları Oxçuçayda monitorinq işlərinin aparılmasında iştirak ediblər

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşları Zəngilan rayonunda ezamiyyətdə olublar.

Ekspedisiyada Ekotoksikologiya laboratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Qriqoriy Palatnikov və həmin laboratoriyanın laborantı Sovet Hümbətov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılmış işçi qrupun tərkibində Oxçuçayda fiziki-kimyəvi və bioloji monitorinq işlərinin aparılmasında iştirak ediblər. Oxçuçay hövzəsində planlaşdırılan kompleks elmi-tədqiqat işləri çərçivəsində transsərhəd çirklənmənin qiymətləndirilməsi, torpaq və su ehtiyatlarına təsiri, su və quru canlılarının fizioloji durumunun öyrənilməsi üçün lazımi materiallar əldə edilib.

Hazırda işçi qrupunda təmsil olunan müvafiq tədqiqat müəssisələrində, o cümlədən Fiziologiya İnstitutunda bu materialların analizi həyata keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: