Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.08.2022 14:04
  • A-
  • A
  • A+

“Damcılı mağara düşərgəsi”ndə elmi-tədqiqat işləri aparmaq məqsədilə qazıntı işlərinə başlanılıb

“Damcılı mağara düşərgəsi”ndə elmi-tədqiqat işləri aparmaq məqsədilə qazıntı işlərinə başlanılıb

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən dünya əhəmiyyətli “Damcılı mağara düşərgəsi”ndə elmi-tədqiqat işləri aparmaq məqsədilə 2015-ci ilin yayında “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, Yaponiyanın Tokio Universitetinin Muzeyi arasında beynəlxalq memorandum imzalanıb.

2020-2021-ci illərdə pandemiya səbəbindən qazıntı işlərinə fasilə verilsə də, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə bu il qazıntı işlərinə yenidən başlanılıb.

Hazırda ərazidə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun arxeoloqları yaponiyalı arxeoloqlarla birgə elmi-tədqiqat işləri aparır.

Beynəlxalq ekspedisiyanın məqsədi Qafqazda neolitdən əvvəlki dövrlərə aid maddi sübutlar əldə etmək və ərazinin qədim insan məskəni olduğunu bir daha təsdiqləməkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: