Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək
08.08.2022 16:42
  • A-
  • A
  • A+

Yüksək Texnologiyalar Parkı “Protechservice” MMC ilə əməkdaşlıq edəcək

Yüksək Texnologiyalar Parkı (YTP) və Rusiyanın “Protechservice” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında birgə əməkdaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu imzalanıb.

Anlaşma Memorandumu YTP-nin baş direktoru, iqtisad üzrə fəlsəfə doktoru Vasif Abbasov və “Protechservice” MMC-nin baş direktoru Yevgeni Sarojinski tərəfindən imzalanıb.

Gələcək tədqiqatlar üçün əməkdaşlığın və qarşılıqlı fəaliyyətin gücləndirilməsini nəzərdə tutan  sənəd maliyyə, insan, texniki və digər resurslardan səmərəli istifadə olunması, elmi-tədqiqat və innovasiyaların inkişafı, eləcə də innovativ texnologiyaların kommersiyalaşdırılmasının sürətləndirilməsi məqsədi daşıyır.

Memorandum çərçivəsində strateji əməkdaşlıq üçün qarşılıqlı razılaşmalar və təlimatların müəyyən edilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, dəqiq və texniki elmlər sahəsində tədqiqatların aparılmasında yaxından iştirak edən “Protechservice” MMC məlumat bazalarının və informasiya ehtiyatlarının yaradılması və istifadəsi, kompüter texnologiyaları sahəsində konsultativ fəaliyyət, proqram təminatının işlənilməsi ilə məşğul olur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: