Akademik Asəf Hacıyev XVI “Management Science and Engineering Management” adlı beynəlxalq konfransda “Optimal number of devices in systems with moving servers” mövzusunda plenar məruzə ilə çıxış edib.
ABŞ, Yaponiya, Portuqaliya, İspaniya, Türkiyə, Azərbaycan və digər ölkələrdən 100-ə yaxın alimin iştirak etdiyi konfransda Ümumdünya Elmlər Akademiyasının (The World Academy of Sciences) prezidenti, professor Mohammed Hassan da plenar məruzə edib.
Qeyd edək ki, sözügedən konfrans Management Science and Engineering Management Beynəlxalq Cəmiyyəti, Çinin Çenqdu Universiteti və Türkiyənin Qazi Universiteti tərəfindən təşkil edilib. Konfransın materialları “Springer” nəşriyyatında akademik Asəf Hacıyevin də redaktorluğu ilə çap olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.