Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Neft-Kimya Prosesləri İnstitutunda ekoloji əlverişli proseslərin yaradılması sahəsində aparılan perspektiv tədqiqatlar xarici elmi ədəbiyyatda geniş şərh olunub
10.08.2022 12:34
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda ekoloji əlverişli proseslərin yaradılması sahəsində aparılan perspektiv tədqiqatlar xarici elmi ədəbiyyatda geniş şərh olunub

Sankt-Peterburq Dövlət Texnoloji Universitetinin əməkdaşı, maye-maye ekstraksiya üsulu ilə neft məhsullarının və üzvi kimya maddələri qarışıqlarının ayrılması proseslərinin fiziki-kimyəvi əsaslarının və texnologiyalarının işlənib hazırlanması sahəsində tanınmış dünya səviyyəli alim, kimya elmləri doktoru, professor Aleksandr Aleksandroviç Qayle və əməkdaşlarının “Refining of Diesel and Ship Fuels by Extraction and Combined Methods. Part 1. Use of Ionic Liquids as Extractants” mövzusunda “Прикладная химия” jurnalında (“Russian Journal of Applied Chemistry”) dərc olunmuş icmal məqalədə dünya miqyasında bu sahədə aparılan tədqiqat işləri ilə yanaşı, akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda müxtəlif təyinatlı neft fraksiyalarının, o cümlədən müxtəlif özlülüklü yağ fraksiyaları və müxtəlif tərkib dizel distillatları, AMQ-10 hidravlik maye distillatı, katalitik krekinq və riforminq benzin fraksiyalarının ion maye ekstraksiya üsulu ilə təmizlənməsi sahəsində aparılmış tədqiqatlar öz əksini tapıb, bu sahədə tədqiqatların nəticələri dərc olunmuş 6 elmi məqaləyə istinad verilib:

1. Mamedov, R.B., Samedova, F.I., Ibragimova, M.D., Azizov, A.G., Gasanova, R.Z., Akhmedbekova, S.F., and Nagiyev, V.A., Neftepererab. Neftekhim., 2009, № 6, pp. 29–31.

2. Ibragimova, M.D., Samedova, F.I., Azizov, A.G., Mamedov, R.B., and Nagiev, V.A., Neftepererab. Neftekhim., 2012, № 1, pp. 12–15.

3. Ibragimova, M.D., Abbasov, V.M., Nagiyev, V.A., Khalilov, A.B., Yusifov, Yu.N., and Abdullayeva, Kh.A., Mir Nefteprod., 2017, № 4, pp. 21–26.

4. Abbasov, V.M., Ibragimova, M.D., Aliyeva, S.G., and Nagiyev, V.A., Neftepererab. Neftekhim., 2016, № 12, pp. 36–40

5. Ibragimova, M.D., Azizov, A.G., Mamedov, R.B., and Nagiyev, V.A., Mir Nefteprod., 2012, № 9, pp. 18–20.

6. Ibragimova, M.D., Abbasov, V.M., Khalilov, A.B., Nagiyev, V.A., Aliyeva, S.G., Guseinov, G.S., Seidova, S.A., and Abdullayeva, Kh.A., Neftepererab. Neftekhim., 2017, №12, pp. 41–45.

Qeyd edilib ki, institutda aparılan tədqiqatlarda asanlıqla regenerasiya olunaraq eyni effektlə təkrar istifadə edilə bilən, əlverişli reagentlər əsasında sintez edilmiş müxtəlif tərkibli ion-mayelərinin istifadə edilməsi keyfiyyət göstəriciləri yaxşılaşıb baza yağlarının və yanacağlarının alınmasının ekoloji zərərsiz ekstraksiya üsullarının işlənib hazırlanmasına imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: