Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

10.08.2022 15:33
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun təcrübə sahələrində toxum tədarük edilərək, çoxaldılır, Abşeronun torpaq-iqlim şəraitinə davamlılığı öyrənilir

Dendrologiya İnstitutunun təcrübə sahələrində toxum tədarük edilərək, çoxaldılır, Abşeronun torpaq-iqlim şəraitinə davamlılığı öyrənilir

Dendrologiya İnstitutunda Azərbaycan meşələrinin növdaxili dəyişkənliyinin və populyasiya strukturunun tədqiqatı, regionda növlərin populyasiya əsasında genofondunun saxlanılması yolları, ağac və kolların yeni dekorativ sort və formalarının bioekologiyasının tədqiq edilməsi, iqlim dəyişkənliyinin flora biomüxtəlifliyinə, növlərin yayılması, arealı və miqdarına təsiri araşdırılır.

Göygöl, Hirkan Milli Parkının, Lənkəran ərazisində, Şəki regional Elm Mərkəzində və s. meşə ərazilərindən təbii və mədəni şəraitdə becərilən Paliurus Mill., Fraxinus excelsior L., Frangula Mill., Cotoneaster Medic., Coryulus L., Sprea L., Crataegus L., Rhus L., Carpinus L. Fagus orientalis Lipsky, Carpinus orientalis MILL., C.betulus L., Quercus macranthera FISCH. & C.A.MEY. EX HOHEN., Q.macranthera FISCH. & C.A.MEY. EX HOHEN., Celtis glabrata Steven ex Planch, C.caucasica Willd, Acer pseudoplatanus L., Albizza julibrissin Durazz və s. bitkilərin toxum nümunələri toplanılıb Abşeron şəraitində inkişaf xüsusiyyətləri və prespektivliyini öyrənmək məqsədilə Dendrologiya Bağının meşə ekosistemləri laboratoriyasının təcrübə sahəsində əkilib. Əkilmiş bitki toxumlarının cücərtilərə hərtərəfli aqrotexniki qulluq göstərilir, aparılan elmi tədqiqat işlərinin yekunları göstərir ki, bolgələrdən gətirilərək təcrübə sahəsində əkilmiş bitki toxumlarının cücərtiləri Abşeronun torpaq-iqlim şəraitinə tam davamlıdır, cücərtilərin boy dinamikası izlənilib, yüksək cücərmə faizi (75-80%) əldə edilib.

Son dövrdə yaşıllaşdırmada salınan park və bağların yeni landşaft memarlığı əsasında qurulması geniş vüsət alıb. Bu məqsədlə tətqiq olunan bitkilərin tək və qrup əkinlərində, həmçinin dənizkənarı ərazilərdə, yay aylarında istiliyin azalmasında, Abşeron şəraitində bu bitkilərdən bəzək bitkisi kimi istifadə edilməsi məqsədyönlüdür. Yaşıllaşdırmada istifadə məqsədilə aparılan tədqiqat işlərində toxum vasitəsiylə çoxaldılan növlərin bioekoloji xüsüsiyyətləri, çoxaldılması və s. elmi əsaslarla öyrənilib, yaşıllaşdırmada istifadəsi tövsiyə edilib.

Dendrologiya Bağının canlı kolleksiya fondunun qorunub saxlanılması, zənginləşdirilməsi və çoxaldılması, fəaliyyətin qiymətləndirilmə sisteminin keyfiyyətcə yaxşılaşdırılması istiqamətində elmi tədqiqat işləri davam etdirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: