Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.08.2022 11:40
  • A-
  • A
  • A+

Lökbatanda palçıq vulkanı püskürüb

Lökbatanda palçıq vulkanı püskürüb

Avqustun 11-də yerli vaxtla 09:36-da Lökbatanda palçıq vulkanı püskürüb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, baş vermiş vulkanın stansiyalardan gələn dalğaların gəlmə vaxtı əsasında palçıq vulkanının püskürməsinin aktivləşmə dövrü 05:36, dərinliyi h-3, püskürmənin davamlılığı 5dəq. 12san., püskürmə zamanı ayrılan seysmik enerjisi Е=0.6×107 təyin olunub.

Vulkan Qobu, Nardaran, Qala, Qobustan, Şirvan, Qusar seysmik stansiyalarında qeydə alınıb.

Qeyd edək ki, dünyanın ən intensiv püskürən palçıq vulkanlarından olan Lökbatan palçıq vulkanının qeydə alınan ilk püskürməsi 1829-cu ilə təsadüf edir. Bu tarixdən indiyədək vulkan 27 dəfə püskürüb, sonuncu püskürmə isə 2018-ci ildə baş verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: