Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.08.2022 12:28
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşı Xəzər dənizində ekspedisiyada olub

Zoologiya İnstitutunun əməkdaşı Xəzər dənizində ekspedisiyada olub

Zoologiya İnstitutunun Hidrobiologiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d., dosent Süleyman Süleymanov Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə “Əlif Hacıyev” Elmi-Tədqiqat gəmisi ilə Xəzər Dənizinin Azərbaycan sektoruna aid olan ərazisində baş verən ekoloji proseslərin və ətraf mühitə təsirlərinin müəyyənləşdirilməsi, dənizin bioloji ehtiyatlarının və hidrometroloji vəziyyətinin öyrənilməsi, eləcə də mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi üçün zəruri məlumatların əldə edilməsi məqsədilə növbəti kompleks ekoloji monitorinq işini həyata keçirib.

Ekspedisiya zamanı 9 kəsimdən ibarət olan 45 stansiyadan ixtioloji materiallar toplanıb. Müəyyən edilib ki,  son  illərdə Xəzər dənizində dəyişilmiş ekoloji şəraitlə bağlı (dəniz səviyyəsinin aşağı düşməsi, güclü çirklənməyə məruz qalması və s.) olaraq Xəzərdə yaşayan dəniz balıqlarının (siyənəklərin, kefalların və kilkələrin) vəziyyəti  qənaətbəxşdir, əksinə olaraq  keçici və yarımkeçici balıqların (adi çəki, kütüm, Xəzər külməsi, şərq çapağı və şəmayı) vəziyyəti isə qənaətbəxş deyildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: