Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.08.2022 14:30
  • A-
  • A
  • A+

Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Dendrologiya İnstitutunda olub

Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Dendrologiya İnstitutunda olub

Özbəkistanın Şərəf Rəşidov adına Səmərqənd Dövlət Universitetinin Botanika bağının direktoru Server Osmanov Edemoviç Dendrologiya İnstitutunun qonağı olub.

Qonaq sözügedən müəssisənin elmi potensialı ilə yaxından tanış olub.

Görüşdə Dendrologiya İnstitutunun Səmərqənd Dövlət Universitetinin Botanika bağı ilə əməkdaşlıq əlaqələrinin qurulması üzrə elmi layihələrin həyata keçirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması istiqamətində uzunmüddətli elmi mübadilələrin aparılması məsələləri müzakirə edilib.

Görüş əsanasında əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək bağçılıq və reproduksiya sahəsində birgə tədqiqatların, kadr və təcrübə mübadiləsinin aparılması, müştərək layihələr və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi üzrə geniş imkanların olduğu vurğulanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: