Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.08.2022 13:54
  • A-
  • A
  • A+

Abşeron şəraitində Biqnoniya fəsiləsinin “Chilopsis” cinsinə aid xətvarı çilopsis növü üzərində tədqiqat işləri aparılıb

Abşeron şəraitində Biqnoniya fəsiləsinin “Chilopsis” cinsinə aid xətvarı çilopsis növü üzərində tədqiqat işləri aparılıb

Dendrologiya İnstitutunun elmi işçisi Şəbnəm Əliyeva tərəfindən Abşeron şəraitində Biqnoniya fəsiləsinin “Chilopsis” cinsinə aid xətvarı çilopsis növü üzərində tədqiqat işləri aparılıb.

Növün Abşeron şəraitində çoxaldılması, cücərtilərinin morfologiyası, fenoloji inkişaf fazaları, boyartımı, çiçəkləmə və meyvə əmələgətirmə biologiyasının elmi əsaslarla öyrənildiyini və yaşıllaşdırmada istifadəsinin tövsiyə edilib.

“Chilopsis” cinsinə aid xətvarı çilopsis növü 2014-cü ildə ABŞ-ın Kaliforniya Botanika bağından gətirilib. Bu növün toxumlarının tədqiqatı Dendrologiya bağının təcrübə sahələrində aparılıb. Tədqiq olunan növ istənilən şəraitdə Abşeronun torpaq və iqlim şəraitində toxum və qələmlə çoxaldıla bilər. Məlum olub ki, Abşeron şəraitində xətvarı çilopsis növünün dinamik inkişafı aprelin birinci ongünlüyündən avqustun axırlarınadək, ikinci boyartımı isə sentyabrın ikinci ongünlüyündən noyabrın birinci ongünlüyünədək davam edir.

Tədqiqat onu deməyə əsas verir ki, bu xətvarı çilopsis növü Abşeronun torpaq iqlim şəraitinə tədricən uyğunlaşıb. Növün Abşeronda yeni parkların, bağların, magistral yol ətrafının, bəzək memarlığı əsasında yaşıllaşdırılmada tək, qrup əkinlərində, canlı çəpərlərin salınmasında, rütubətli yerlərdə, eroziyanın qarşısının alınmasında istifadəsi məqsədyönlüdür. Bununla yanaşı, ədəbiyyat materiallarına görə xətvarı çilopsis növündən sənayedə müxtəlif əşyaların hazırlanmasında, çiçəklərindən hazırlanmış cövhərlər öskürəkdə, infeksion, göbələk, ürək-damar xəstəliklərində, açıq yaraların müalicəsində, bədəndə şəkərin tənzimlənməsində istifadə edilir. Xətvarı çilopsis növü Abşeronun torpaq iqlim şəraitinə davamlı olub, yerli şəraitə adaptasiya imkanlarına malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: