Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.08.2022 17:22
  • A-
  • A
  • A+

Nizaminin irsinin öyrənilməsi və tanıdılması üzrə İşçi komissiyanın ilk iclası keçirilib

Nizaminin irsinin öyrənilməsi və tanıdılması üzrə İşçi komissiyanın ilk iclası keçirilib

AMEA-nın Gəncə Bölməsində Nizaminin irsinin öyrənilməsi, təbliği və dünya miqyasında tanıdılması məqsədilə Gəncə üzrə təklifləri hazırlayan İşçi komissiyanın ilk iclası keçirilib. 

Tədbir bölmənin Nizami Mərkəzinin rəhbəri, professor Xəlil Yusiflinin sədrliyi ilə baş tutub.

İşçi müşavirəyə şəhər İcra hakimiyyətinin, Gəncə Bölməsinin, Gəncədəki universitetlərin və Regional Destinasiya Menecmenti Təşkilatının nümayəndələri, eləcə də alim və tədqiqatçılar qatılıblar.

İştirakçılar Nizami Gəncəvi irsinin öyrənilməsi və təbliği üzrə uzunmüddətli konsepsiyanın tələbləri baxımından qarşıda duran vəzifələr və tədbirlərin həyata keçirilməsinə dair təklifləri müzakirə ediblər.

Görüşdə Nizami Gəncəvinin əsərlərinin, o cümlədən böyük mütəfəkkirin yaradıcılığına dair araşdırmaların, elmi məqalələrin, monoqrafiyaların nəşri, onların dünyanın müxtəlif dillərinə tərcümə edilərək populyarlaşdırılması, şairin irsinə dair mütəmadi elmi konfransların təşkili kimi təkliflər müzakirə edilib. Eyni zamanda, dahi mütəfəkkirin adının və yaradıcılığının tanıdılması məsələlərinin onun doğma şəhəri ilə, xüsusən də Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə reallaşacaq “Gəncə - Yaşıl şəhər” layihəsinin konsepsiyası və nəticələri ilə paralel olaraq reallaşdırılması, Nizami mövzusu ilə bağlı əlamətdar məkanların ziyarəti və bu baxımdan şəhərin turizm imkanlarının genişləndirilməsi və digər bu kimi təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: