Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Bioloq alim Azərbaycan Televiziyasına müsahibə verib
01.09.2022 14:56
  • A-
  • A
  • A+

Bioloq alim Azərbaycan Televiziyasına müsahibə verib

Dendrologiya İnstitunun əməkdaşı biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova Azərbaycan Televiziyasına müsahibə verib.

Alim bildirib ki, Mərdəkan qəsəbəsində yerləşən sözügedən ərazi 1895-1920-ci illərdə mesenat və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Diqqətə çatdırılıb ki, Murtuza Muxtarovun evi “kotik” üslubunda gəmi formasında layihələndirilib. Divarların eni 1 metr, hündürlüyü isə 8 metrdən ibarətdir. Binaların eyvanı hər yandan gəmi kayutasını xatırladır.

Dendrologiya bağının  bitki və ağac növlərinin ümumi miqdarına və yaş tərkibinə görə ən yaxşı dünya kolleksiyalarından hesab olunduğunu qeyd edən alim burada bitən flora növlərinin sayına və yaşına görə dünyanın ən zəngin kolleksiyaları səviyyəsində olduğunu vurğulayıb.

Reportajda antropogen təsirlər nəticəsində nəsli kəsilməkdə olan nadir endemik bitki nümunələri ilə yanaşı, bağda becərilən yüzlərlə ağac növləri və ərazinin tarixi abidələri haqqında məlumat yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: