Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

16.05.2024 14:22
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq simpoziumda çıxış edib

Qafqazşünaslıq İnstitutunun direktoru beynəlxalq simpoziumda çıxış edib

Qafqazşünaslıq İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı Ankarada Türk Tarix Qurumunun V beynəlxalq türk-gürcü əlaqələri simpoziumunda iştirak edib.

M.Qasımlı “Azərbaycan-Gürcüstan siyasi münasbətləri (2018-2023-cü illər)” mövzusunda məruzə edib.

Yekun dəyərləndirilmə toplantısına sədrliyi Qafqaz tarixinin görkəmli tədqiqatçısı, professor İbrahim Tellioğlu edib. Dəyərləndirməni AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı, Suxumi Dövlət Universitetinin rektoru, Gürcüstan Təhsil Akademiyasının prezidenti professor Zurab Xorenelidze, Qara Dəniz Texnik Universitetinin keçmiş rektoru professor Hikmət Öksüz, tanınmış gürcü tarixçiləri, professorlar Otar Janelidze və Roin Kavrelişvili edib.

Simpoziumda maraqlı məruzələr də dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: