Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.06.2015 09:12
  • A-
  • A
  • A+

Azərbaycanın kimyaçı alimləri Minskdə beynəlxalq konfransda iştirak ediblər

Azərbaycanın kimyaçı alimləri Minskdə beynəlxalq konfransda iştirak ediblər

Belarus Respublikasının Minsk şəhərində "Xammal və yanacaq alternativ mənbələri - AİCT-2025" mövzusunda V Beynəlxalq elmi-texniki konfrans keçirilib.

Bu möhtəbər tədbirdə ölkəmizi AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev və həmin institutun elmi işlər üzrə direktor müavini, professor Mirzə Mövsümzadə təmsil ediblər.

İki gün davam edən konfransın plenar iclaslarında akademik V.Fərzəliyev "Kombinə təsirə malik antioksidant karbohidrogenlər", professor M.Mövsümzadə isə "Biodizel yanacağın sintezi və xarakteristikası" mövzusunda məruzələrlə çıxış ediblər. Ümumilikdə, plenar və sesiyalarda üzvi və neft kimyanın aktual məsələlərinə həsr olunan 100-dən artıq məruzə dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: