Rusiya Federasiyasının Çeçenistan Respublikasının alimi Albert Maçiqov Neft və Qaz İnstitutunda olub.
Qonaqla görüşdə Neft və Qaz İnstitutunun Neft-qaz sahəsinin geoekoloji problemləri şöbəsinin müdiri Fəxrəddin Kərimov, baş mütəxəssisi Məhərrəm Mehdiyev və institutun baş mühəndisi Etibar Əliyev iştirak ediblər.
Görüş zamanı Çeçenistan aliminin patent almış dəniz şəraitində qaz və qazhidratın hasilatı üçün qurğunun Azərbaycanda tətbiqi ilə bağlı müzakirələr aparılıb. Təqdim edilən avadanlıq vasitəsilə dəniz dibindən çıxan təbii qaz sızmalarının yığılması və istifadəsi ilə bağlı layihənin həyata keçirilməsi təklif edilib.
Layihənin həyata keçirilməsi həm ekoloji vəziyyəti yaxşılaşdıra, həm də həmin qazların tutulmasından iqtisadi səmərə verə bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.