Türkiyənin Hacettepe Universitetinin İnformasiya və Sənəd İdarəetməsi fakültəsinin professoru, kitabxanaşünas alim Bülent Yılmaz AMEA-nın Mərkəzi Elmi Kitabxanasının qonağı olub, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynovla görüşüb.
MEK rəhbəri qonağa kitabxananın fəaliyyəti, fondları və rəqəmsallaşma prosesi haqqında ətraflı məlumat verib. O cümlədən kitabxananın beynəlxalq əlaqələrinə toxunan H.Hüseynov Türkiyənin iri kitabxananları ilə səmərəli tərəfdaşlıqların qurulduğunu diqqətə çatdırıb.
Görüş çərçivəsində Türkiyəli alim MEK-in fondlarında olub, burada mühafizə olunan nadir nəşrlərə baxıb.
Görüş əsnasında qonaq müasir standartlara cavab verən kitabxananın əhəmiyyətini də qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.