Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

25.11.2026 14:02
  • A-
  • A
  • A+

Qansu vilayətinin UNESCO Assosiasiyasının nümayəndələri Ədəbiyyat İnstitutunun Çin Tədqiqatları Mərkəzində olublar

Qansu vilayətinin UNESCO Assosiasiyasının nümayəndələri Ədəbiyyat İnstitutunun Çin Tədqiqatları Mərkəzində olublar

Çin Xalq Respublikasının Qansu vilayətinin UNESCO Assosiasiyasının prezidenti Du Yongjunun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin Tədqiqatları Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Ədəbiyyat İnstitutunun direktor müavini filologiya elmləri doktoru Mehman Həsənli Çin Tədqiqatları Mərkəzinin fəaliyyəti və son illərdə burada Çin ədəbiyyatı, mədəniyyəti ilə bağlı aparılan tədqiqatlara dair qonaqlara məlumat verib.

Qansu vilayətinin UNESCO Assosiasiyasının prezidenti Du Yongjun, həmçinin Qansu vilayətinin UNESCO Assosiasiyasının Şura üzvləri - Zhang Junbao, An Mandong, tərcüməçi Song Guangxiao Ədəbiyyat İnstitutunun Çin Tədqiqatları Mərkəzində aparılan tədqiqatları yüksək qiymətləndirib, Mərkəzin fəaliyyətindən razı qaldıqlarını söyləyiblər.

Sonda xatirə şəkilləri çəkdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: