Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

07.09.2022 15:58
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna qəbul olmuş yeni magistrantlarla görüş keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna qəbul olmuş yeni magistrantlarla görüş keçirilib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyev cari ildə institutun magistraturasına qəbul olmuş magistrantlarla görüş keçirib.

Akademik öncə onları magistraturaya qəbul olmaları münasibətilə təbrik edib, yeni tədris ilində müvəffəqiyyətlər arzulayıb. Dilqəm Tağıyev bildirib ki, institutda magistrlərin təhsil alması və elmi-tədqiqat işləri ilə məşğul olmaları üçün hər cür şərait yaradılıb. Akademik magistrlərə bu imkandan maksimum faydalanmalarını tövsiyə edib.

Qeyd edək ki, 2022-ci ildə institutun magistraturasına 3 ixtisaslaşma üzrə 10 bakalavr qəbul olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: