Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Beynəlxalq konfransda Tarix Muzeyinin əməkdaşlarının məruzələri dinlənilib
07.09.2022 17:10
  • A-
  • A
  • A+

Beynəlxalq konfransda Tarix Muzeyinin əməkdaşlarının məruzələri dinlənilib

Türkiyənin Aydın şəhərində yerləşən Adnan Menderes Universitetində görkəmli tarixçi alim, professor Necati Dəmirə həsr olunmuş “XVI Beynəlxalq Türk Sənəti, Tarixi və Folkloru” mövzusu çərçivəsində (Sənət ənənələri)” beynəlxalq konfrans keçirilib.

Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, dosent Həbibə Əliyevanın “Azərbaycanın şimal bölgəsi Qubanın epiqrafik abidələrinin tarixşünaslığına dair”, Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin elmi işçisi, dosent Əli Fərhadovun “Qacarlar və Pəhləvilər dövrünə baxış (“Azərbaycan” qəzetinin materialları əsasında), Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimovanın “XIX əsrin sonu XX əsrin əvvəlləri Şuşada maarif işi”, Azərbaycan tarixinin populyarlaşdırılması və ekskursiyaların təşkili şöbəsinin əməkdaşı Sara Əhmədovanın “XIX-XX əsrin əvvəllərində Azərbaycanda yaşayan almanların təsərrüfat həyatı-şərabçılıq və üzümçülük” adlı məruzələri onlayn formatda dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: