AMEA-nın Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev Kuba Respublikasının “XXX Aniversario de la Universidad de Cienfuegos “Carlos Rafael Rodríguez” Universitetinin nəzdində olan, beynəlxalq xülasələndirmə və indeksləşmə bazası olan “Web of Science” və “Scopus”da qeydiyyatda olan “La Revista “Universidad y Sociedad”” jurnalının redaksiya heyətinə qəbul edilib.
Dünyada A kateqoriya siyahısında olan jurnalın redaksiya heyətinə Kubanın sözügedən məşhur universitetinin rektoru və kollektivi tərəfindən seçilən alim, belə nüfuzlu redaksiyada təmsil olunan ilk və yeganə azərbaycanlıdır.
Qeyd edək ki, multidissiplinar olan “La Revista “Universidad y Sociedad”” dünyanın bir çox ölkələrindən alimlərin məqalələrinin dərc edildiyi jurnaldır. Azərbaycanlı alimin ilk dəfə belə nüfuzlu jurnalda redaksiya heyətində təmsil olunması, eyni zamanda Asiya üzrə məqalələrə məsul olması deməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.