Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

ETİ-nin şöbə müdirinin “Bakinski raboçi” qəzetinə müsahibəsi dərc olunub
08.09.2022 14:28
  • A-
  • A
  • A+

ETİ-nin şöbə müdirinin “Bakinski raboçi” qəzetinə müsahibəsi dərc olunub

AMEA-nın Elm Tarixi İnstitutunun (ETİ) Təbiət və dəqiq elmlər tarixi şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Vüsalə Həsənovanın “Bakinski raboçi” qəzetində müsahibəsi dərc olunub.

Müsahibədə ekoloji şüurun məzmununun əsas komponenti olaraq həyatın dəyərini və onun tənəzzül təhlükəsini, həmçinin təbiət resurslarının məhdudiyyətini dərk etmək və s. qlobal mövzulardan bəhs olunub. Vüsalə Həsənova təbii sistemlər arasında tarazlığın yaradılması zərurətini oxucuların diqqətinə çatdıraraq, ekologiyanın təhsil və mədəniyyətdəki yeri və rolu ilə bağlı bir sıra məqamlara da toxunub. Həmçinin Azərbaycanda ətraf mühitin qorunması istiqamətində atılan addımların, ilk növbədə təhsil və informasiya mühitində əhalinin məlumatlandırılmasından qaynaqlandığı vurğulanıb. Dünyada, eləcə də ölkəmizdə ekoloji təhsil və mədəniyyətin xronoloji inkişafının müqayisəli təhlili aparılıb və ali təhsil ocaqlarında tədris olunan ekologiya ilə bağlı fənlər haqqında da ümumi məlumat verilib.

Müsahibə ilə buradan tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: