Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.09.2022 14:18
  • A-
  • A
  • A+

Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin nümayəndəsi RSXM-də olub

Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin nümayəndəsi RSXM-də olub

Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Yüksək Texnologiyalar Mərkəzinin Geofizika və Nanomineralogiya şöbəsinin müdiri İlxom Alimuxammed AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) monitorinq mərkəzində olub.

Görüşdə Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya - mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Zəlzələlərin tədqiqatı bürosunun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova, Geodinamika şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent İlyas Kazımov iştirak ediblər.

Zəlzələ ocaqlarının dinamikası şöbəsinin müdiri, geologiya - mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova qonağa mərkəzdə aparılan kompleks seysmoloji, geofiziki, geodinamik və geokimyəvi tədqiqatlar haqqında məlumat verib. Həmçinin qonaq əldə olunmuş nəticələr və hazırda aparılan işlərlə də yaxından tanış olub.

Görüşdə birgə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.  Eləcə də beynəlxalq layihələr çərçivəsində Azərbaycan və Özbəkistan seysmoloqlarının birgə əməkdaşlığının mümkünlüyü də istisna olunmayıb.

Müzakirələr zamanı maraq doğuran digər suallara da aydınlıq gətirilib.

Görüş xatirə şəklinin çəkilməsi ilə başa çatıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: