Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

16.09.2022 10:18
  • A-
  • A
  • A+

AMEA ilə Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

AMEA ilə Özbəkistanın İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub

AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsi və Beynəlxalq elmi əməkdaşlıq şöbəsində Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzinin direktoru, dosent Abdulaziz Abduvaliyevlə görüş və müzakirələr keçirilib.

Elmi-təşkilat idarəsində keçirilən görüşdə idarənin baş mütəxəssisi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov AMEA-nın elmimetrik göstəriciləri, bu istiqamətdə həyata keçirilən tədbirlər, əldə edilən nəticələr, Web of Science və Scopus bazalarına daxil edilmiş elmi jurnallar haqqında məlumat verib. İdarənin rəisi, dosent Rüstəm Rüstəmov Azərbaycanda dövlət tərəfindən həyata keçirilən “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi”, onun müddəaları, bu istiqamətdə artıq əldə edilmiş nəticələri diqqətə çatdırıb. Azərbaycan və Özbəkistanın elmi jurnallarının beynəlxalq indeksli bazalara daxil edilməsi, hər 2 ölkə alimlərinin yüksək istinadlı jurnallarda nəşr imkanlarının genişləndirilməsi və bu istiqamətdə əməkdaşlıq üzrə fikir mübadiləsi aparılıb. İdarənin Elmi əlaqələndirmə şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Rəna Qasımova müxtəlif elm sahələri üzrə əlaqələndirmə şuraları ilə birlikdə həyata keçirilən fəaliyyət istiqamətləri barədə məlumat verib. Qeyd edilib ki, infomasiya texnologiyalarının imkanlarından istifadə yolu ilə ölkədə elmi fəaliyyətin əlaqələndirmə sistemi fəaliyyət göstərir.

AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsində görüş zamanı şöbənin baş mütəxəssisi, yer elmləri üzrə fəlsəfə doktoru Aytən Hüseynova Avropa Komissiyasının (AK) çərçivə (Horizon) proqramları üzrə fəaliyyət haqqında məlumat verib. Bu istiqamətdə AK-nın ekspertləri ilə əməkdaşlıq, Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin fəaliyyətinin təşkili, ölkənin müvafiq qurumlarının mütəxəssisləri üçün məlumatlandırıcı tədbirlərin nəticələrini diqqətə çatdırıb. Bu istiqamətdə AMEA-nın təcrübəsindən istifadə imkanları və növbəti çağırışlara birgə müraciət imkanları müzakirə edilib. Qonağa ikitərəfli layihə müsabiqələri çərçivəsində AMEA-ya təqdim edilmiş layihələrin xarici ekspertlər tərəfindən dəyərləndirilməsi təcrübəsi haqqında məlumat verilib. Abdulaziz Abduvaliyev rəhbərlik etdiyi Mərkəzlə bu istiqamətdə geniş əməkdaşlıq imkanlarının olduğunu bildirib. Şöbənin baş mütəxəssisi Məlahət Qurbanova hökumətlərarası komissiyalar çərçivəsində AMEA-nın fəaliyyəti üzrə məlumat verib. Qeyd edilib ki, birgə komissiyaların protokolları tərəfdaş təşkilatlarla əməkdaşlıq imkanlarını genişləndirir. Görüşdə, həmçinin xaricdə kadr hazırlığı üzrə həyata keçirilən fəaliyyətə dair məlumat verilib. Şöbə müdiri, dosent Esmira Əlirzayeva AMEA ilə Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq Sazişi çərçivəsində doktorantura üzrə ikili diplom proqramıvə əldə edilmiş nəticələr haqqında məlumat verib.

Görüşlərdə AMEA ilə Özbəkistan Respublikasının İnnovativ İnkişaf Nazirliyinin Elmi-Texniki İnformasiya Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsi imkanları üzrə ətraflı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: