Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Ulduz Həşimova beynəlxalq konqresdə çıxış edib
20.09.2022 09:58
  • A-
  • A
  • A+

Professor Ulduz Həşimova beynəlxalq konqresdə çıxış edib

15-18 sentyabr 2022-ci il tarixində Sankt-Peterburqda Ümumdünya Ürək-Damar və Torakal Cərrahiyyə Cəmiyyətinin (WSCTS) 30-cu Konqresi və “Müasir ürək-torakal cərrahiyyədə aktual yanaşmalar” adlı XI beynəlxalq konqres keçirilib.

Konqresdə akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova dəvət edilmiş məruzəçi qismində iştirak edib. U.Həşimovanın “Melatonin və sirtuinlər qocalmanın və yaşla bağlı ürək-damar patologiyasının potensial biomarkerləri qismində” mövzusunda məruzəsi konqresin molekulyar tibb və onun ürək-torakal patologiyada yeri və roluna həsr olunmuş xüsusi sessiyasında dinlənilib.

Məruzədə qocalma və yaşla bağlı xəstəliklərin etibarlı molekulyar biomarkerlər toplusunu hazırlamaq məqsədilə beynəlxalq tərəfdaşlarla, o cümlədən Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Ftiziopulmonologiya İnstitutunun Sankt-Peterburq Molekulyar Tibb Mərkəzi ilə birgə aparılan Azərbaycanda populyasiya uzunömürlülük fenomeninin tədqiqinə dair Fiziologiya İnstitutunun beynəlxalq akademik layihəsinin nəticələri təqdim edilib.

Məruzə konqres iştirakçılarının böyük marağına səbəb olub, Azərbaycan alimlərinin qocalmanın biologiyasının tədqiqinə dair apardığı tədqiqatlar yüksək qiymətləndirilib və bu sahədə əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: