Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

26.09.2022 10:12
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun I kurs magistrantları ilə görüşüb

Akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun I kurs magistrantları ilə görüşüb

Geologiya və Geofizika İnstitutunun baş direktoru, akademik Akif Əlizadə müəssisənin I kurs magistrantları ilə görüş keçirib.

Görüşdə GGİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, elmi katib, dosent Yeganə Lətifova, Beynəlxalq əlaqələr və Təhsil, İctimaiyyətlə əlaqələr şöbələrinin müdirləri iştirak ediblər.

Akademik Akif Əlizadə iclası açaraq magistraturaya qəbul olmuş gənc tədqiqatçıları təbrik edib. Gənclərə institutun yaranma tarixi, geologiya və geofizika sahəsində böyük nailiyyətləri olan görkəmli elm xadimləri haqqında məlumat verib. Həmçinin GGİ-də aparılan elmi tədqiqatlarda aparıcı alimlərlə yanaşı, gənclərin də iştirakını xüsusi vurğulayıb. Akademik bildirib ki, gələcəyimiz olan magistrantlardan ilk növbədə elmi biliklərini daim inkişaf etdirmək tələb olunur. Bunun üçün müəssisənin tədqiqat işlərində aktiv və məhsuldar fəaliyyət üçün geniş imkanlardan bacarıqla bəhrələnmək lazımdır.

A.Əlizadə, həmçinin magistratura təhsilinin təşkili, əldə edilən uğurlar və institutun rəhbərliyi tərəfindən magistrantlara göstərilən diqqət haqqında geniş danışıb. Fərdi tanışlıq əsnasında gənclərin maraq sahələrini öyrənib, suallarını cavablandırıb. Əmin edib ki, elmi müəssisənin rəhbərliyi gənclərin təhsillə bağlı problemlərinin həlli üçün bütün imkanlardan istifadə edəcək. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: