Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun əməkdaşı Niderlandda keçirilən tədbirdə iştirak edib
29.09.2022 14:40
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun əməkdaşı Niderlandda keçirilən tədbirdə iştirak edib

Akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Demoqrafiya və əhali coğrafiyası şöbəsinin kiçik elmi işçisi Bəyimxanım Hüseynova Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Qlobal Gənclik Sülh Sammiti”ndə  (“Global Youth Peace Summit”) onlayn formada iştirak edib.

Qlazqo iqlim razılaşmasına həsr olunmuş konfransda dünyada və onun ayrı-ayrı regionlarında baş verən iqlim tərəddüdləri və onun iqtisadiyyata və əhali məskunlaşmasına təsiri məsələləri müzakirə edilib.

B.Hüseynova “Azərbaycanın şimal-qərb regionlarında əhali məskunlaşmasında iqlim amilinin rolu” mövzusunda təqdimatla çıxış edib. Region haqqında danışan alim, həmçinin bölgədə əhali məskunlaşmasının müasir vəziyyətini şərh edib, əhali məskunlaşmasına təsir edən amillər, son illərdə regionda baş verən iqlim tərəddüdləri, onun nəticələri və əhali məskunlaşmasına təsiri haqqında geniş məlumat verib.

Tədbirin sonunda Qlobal Adaptasiya Mərkəzinin baş icraçı direktoru, prof. Patrik Verkoin  fəal gənclərə sertifikat təqdim edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: