Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.10.2022 10:15
  • A-
  • A
  • A+

Tarix İnstitutu 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Tarix İnstitutu 8-ci Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 5-9 oktyabr 2022-ci il tarixlərində Bakı Ekspo Mərkəzində 8-ci Bakı Beynəlxalq Kitab Sərgisi keçirilir.

Sərgidə 16 ölkədən 60-dan çox xarici təşkilat, 130 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə təmsil olunur.

“Şuşa ili”nə həsr edilən 8-ci Beynəlxalq Kitab Sərgisində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu da iştirak edir. Tarix İnstitutu sərgidə 115 adda kitabla təmsil olunur. Nümayiş olunan 50 kitabın hədiyyə verilməsi nəzərdə tutulur.

Sərgi çərçivəsində iştirakçılar və ziyarətçilər institutun nəşrləri ilə tanış ola və əldə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: