Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.10.2022 17:14
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsində “Heydər Əliyev İli” ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub

AMEA-nın Gəncə Bölməsində “Heydər Əliyev İli” ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub

AMEA-nın Gəncə Bölməsində 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsilə əlaqədar tədbir keçirilib.

Məqsəd şəhər ictimaiyyətinin, onun  elmi və ziyalı təbəqəsinin qarşıdakı əlamətdar ilin Ulu Öndərin irsinin cəmiyyətimizə, eləcə də dünyaya daha dolğun və müasir inkişafın tələblərinə cavab verən tərzdə çatdırılması yönündə təkliflərin müzakirəsi olub.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin, AMEA-nın Gəncə Bölməsinin, şəhərdə fəaliyyət göstərən universitet və digər təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, Regional Mədəniyyət İdarəsinin, gənclər ilə işləyən təşkilatların, turizm sahəsi qurumlarının nümayəndələri, yazıçılar və KİV nümayəndələri iştirak ediblər.

AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev tədbiri açaraq 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasının böyük məmnunluqla qarşılandığını bildirib. O, həmçinin Nizami yurdu Gəncənin iqtisadi və mədəni inkişafında Ulu Öndərin əvəzsiz xidmətləri haqda danışaraq, bu şəhərdə vaxtilə Heydər Əliyevin əsasını qoyduğu bir sıra layihələrin indi də fəaliyyətdə olduğunu, müasir dövrümüzdə Gəncənin uğurlu inkişaf istiqamətlərinin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyib.

Sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev çıxış edərək “Heydər Əliyev İli” çərçivəsində Gəncə ictimaiyyəti tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bütün tədbirlərin ilk növbədə cəmiyyətimiz, xüsusən gənclərimiz üçün faydalı olmasına diqqət yetirməyin vacibliyinə toxunaraq, irəli sürülən təkliflərin də bu xarakterdə olmasının məqsədəuyğunluğunu qeyd edib.

Sonda Heydər Əliyev dühasının həyat və fəaliyyətinin tədqiqi və təbliği baxımından müvafiq meyarlara uyğun gələn təkliflər seçilərək qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: