Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

14.10.2022 14:38
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda Rusiyalı alimlə görüş keçirilib

Geologiya və Geofizika İnstitutunda Rusiyalı alimlə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda (GGİ) sözügedən elmi müəssisənin baş direktoru Akif Əlizadənin iştirakı ilə Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi  üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Vladislav Zaalişvili (Vladiqafqaz) ilə görüş keçirilib.

Görüş çərçivəsində “Şimali Osetiya ərazisinin seysmik təhlükəsi” mövzusunda elmi seminar reallaşıb.

GGİ-nin Seymologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin bilavasitə təşkilatçılığı ilə baş tutmuş tədbirdə Fövqəladə Hallar Nazirliyinin, Bakı Dövlət Universitetinin, Neft və Sənaye Universitetinin və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları da iştirak ediblər.

Tədbirdə geofizika, mühəndis seysmologiyası və seysmik dayanıqlı tikintinin fiziki əsasları, qruntların qeyri-xəttiliyi, dağıntı fizikası, ərazinin təhlükəsi və riski sahəsində görkəmli alim və ekspert Vladislav Zaalişvilinin təqdimatı maraqla dinlənilib.

Rusiyalı qonaq tədbir iştirakçılarının mövzu ilə bağlı çoxsaylı suallarını cavablandırıb.

Akademik Akif Əlizadə tədbirin sonunda elmi müəssisə kollektivi adından Vladislav Zaalişviliyə təşəkkür edib. Həmçinin bildirib ki, qarşıdakı illərdə geoloji təhlükələrin tədqiq olunmasında multidissiplinar tədqiqatların aparılması üçün GGİ ilə qarşı tərəfin regional geologiya, geodinamika, geofizika və tektonika isiqamətlərində müştərək layihələrin həyata keçirilməsi arzuolunandır.

Məruzəçi sonda dəvətə, görüşün təşkilinə görə minnətdarlığını ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: