Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

17.10.2022 10:30
  • A-
  • A
  • A+

Akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun magistrantları ilə görüşüb

Akademik Akif Əlizadə Geologiya və Geofizika İnstitutunun magistrantları ilə görüşüb

Geologiya və Geofizika İnstitutunun (GGİ) baş direktoru, akademik Akif Əlizadə sözügedən müəssisənin I kurs magistrantları ilə görüş keçirib.

Görüşdə GGİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, elmi katib, g.-m.e.n., dosent Yeganə Lətifova, Beynəlxalq əlaqələr və Təhsil, İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşları iştirak ediblər.

Akademik Akif Əlizadə iclası açaraq magistraturaya qəbul olmuş gənc tədqiqatçıları təbrik edib. Gənclərə institutun yaranma tarixi, geologiya və geofizika sahəsində böyük nailiyyətləri olan görkəmli elm xadimləri haqqında məlumat verib. Həmçinin GGİ-də aparılan elmi tədqiqatlarda aparıcı alimlərlə yanaşı, gənclərin də iştirakını xüsusi vurğulayıb. Akademik bildirib ki, gələcəyimiz olan magistrantlardan ilk növbədə elmi biliklərini daim inkişaf etdirmək tələb olunur. Bunun üçün institutun tədqiqat işlərində aktiv və məhsuldar fəaliyyət üçün geniş imkanlardan bacarıqla bəhrələnmək lazımdır.

A.Əlizadə, həmçinin magistratura təhsilinin təşkili, əldə edilən uğurlar və institutun rəhbərliyi tərəfindən magistrantlara göstərilən diqqət haqqında da danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: