Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏQALƏLƏR

Zəngilanda aparılan tikinti-quruculuq işləri insanları tezliklə doğma torpaqlarına qovuşduracaq
20.10.2022 15:45
  • A-
  • A
  • A+

Zəngilanda aparılan tikinti-quruculuq işləri insanları tezliklə doğma torpaqlarına qovuşduracaq

Bu gün Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli dövlət bayrağımızın Zəngilan şəhərində dalğalanmasından 2 il ötür. 2020-ci ilin oktyabrın 20-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Zəngilan şəhəri və rayonun daha 6 kəndinin - Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlının işğaldan azad olunduğunu elan edib. Zəngilan rayonunun erməni vandalları tərəfindən dağıdılmış kəndləri yenidən tikilir, tarixi-dini abidələr bərpa olunur. İşğaldan azad olunmuş digər ərazilər kimi, Zəngilanda da abadlıq-quruculuq işləri aparılır. Sevinirik ki, dağıdılmış kəndlərimizin bərpası ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında həyata keçirilir.

Bu fikirləri açıqlamasında əslən Zəngilandan olan AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü bildirib.

“Böyük Qayıdışa Şərqi Zəngəzurun qapısı olan Zəngilandan başlandı. Bizi sevindirən odur ki, Zəngilan rayonuna ölkə başçısının xüsusi diqqət və qayğısı var. Zəngilan şəhərində məktəb binasının, ilk yaşayış binasının təməli qoyuldu. Zəngilanda yenidənqurma və bərpa işlərinə imza atıldı. Bu, Böyük Qayıdışın ilk addımlarıdır. Zəngilanın tarixi kifayət qədər qədimdir. Ağalı kəndindəki kahalar ən qədim insan məskənləri hesab edilir. “Ağıllı kənd” layihəsi də ilk insan məskənlərinin olduğu məkandan başlanır”, - deyə T.Şükürlü əlavə edib.

O vurğulayıb ki, bu gün Zəngilanda Beynəlxalq Hava Limanının açılması dövlətimizin dostluq rəmzini göstərir. Beynəlxalq Hava Limanı Qarabağda beynəlxalq konfransların, tədbirlərin təşkili zamanı da öz böyük töhfəsini verəcək. Bütün bunlar Zəngəzurun mədəniyyətlərarası ünsiyyətini genişləndirəcək.

Qısa müddət ərzində Prezident İlham Əliyevin Zəngilana səfərləri göstərir ki, bu rayon özünün yeni inkişaf mərhələsinə qədəm qoyur. Zəngilanda aparılan bərpa-quruculuq işləri insanları tezliklə doğma torpaqlarına qovuşduracaq.

AzərTac

  • Paylaş: