Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Dünya tufanı, şumerlər və Naxçıvan” mövzusunda beynəlxalq konfrans keçiriləcək
24.10.2022 09:39
  • A-
  • A
  • A+

“Dünya tufanı, şumerlər və Naxçıvan” mövzusunda beynəlxalq konfrans keçiriləcək

23-25 iyun 2023-cü il tarixlərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun və AMEA-nın Naxçıvan Bölməsinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Dünya tufanı, şumerlər və Naxçıvan” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaq:

- Dünya tufanı və Naxçıvan;

- Nuh peyğəmbər və onun Naxçıvanla bağlılığı;

- Şumerlər;

- Naxçıvan, kəngərlilər və şumer əlaqələri;

- Naxçıvan və şumerlərin tarix, mif və etnogenetik bağlılığı;

- Şumer və türk dil paralelləri;

- Şumer-türk toponimlərində Naxçıvan izləri;

- Naxçıvan-şumer ədəbiyyatı, folkloru və musiqisi.

Konfransın qaydaları, mövzu başlıqları və istiqamətləri ilə daha ətraflı AMEA-nın Naxçıvan Bölməsinin www.ameanb.az saytında tanış ola bilərsiniz. Konfransa təqdim olunan məruzə mövzularının adı 30 noyabr 2022-ci il tarixədək Təşkilat Komitəsinə, məruzələr isə 20 may 2023-cü il tarixədək bölmənin elektron poçtuna göndərilməlidir.

Konfransın materialları dərc ediləcək.

Ünvan: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 76

Tel.: (+994 36) 544 09 64, (+994 36) 545 67 45         

Faks: (+994 36) 545 46 22

E-poçt: ameanaxcivanbolmesi@gmail.com

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: