Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Əlyazmalar İnstitunun əməkdaşı beynəlxalq konfransda məruzə edib
31.10.2022 14:00
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitunun əməkdaşı beynəlxalq konfransda məruzə edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi Xanımbacı Məlikzadə Azərbaycan Universitetinin təşkilatçılığı ilə “Azərbaycan xalqının etnogenezi və milli kimlik məsələsi” mövzusunda keçirilmiş beynəlxalq konfransda iştirak edib.

X.Məlikzadə “Qarabağ xalçaları Azərbaycanın xalq tətbiqi sənətinin nümunəsi kimi” mövzusunda məruzə edərək ölkəmizdə xalçaçılıq sənətinin inkişaf tarixindən, Azərbaycanda toxunulan xalçaların bədii xüsusiyyətlərindən və özünəməxsus ornamentlərindən bəhs edib və konfransda iştirakına görə sertifikata layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: