Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Professor Əmir Əliyev Rusiyanın “Mir” telekanalına müsahibə verib
01.11.2022 10:52
  • A-
  • A
  • A+

Professor Əmir Əliyev Rusiyanın “Mir” telekanalına müsahibə verib

Moskvada keçən ikinci Xəzər sammitində Xəzəryanı ölkələrin nümayəndələri dənizdə apardıqları birgə fəaliyyətləri və ekoloji problemləri müzakirə ediblər.

Bununla əlaqədar Rusiyanın “Mir” televiziya kanalı akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyevdən müsahibə götürüb.

Xəzərin problemlərindən danışan Xəzər dənizi üzrə mütəxəssis suyun azalması nəticəsində gəmi ilə daşınmaya dəyən ziyanları diqqətə çatdırıb. O qeyd edib ki, Xəzərin  suyu il ərzində 70 santimetr aşağı enir. “Əsrin əvvəlindən ölkədə sənaye gəlirlərinin azalması 15%-dən çox olub. Su limanlara xüsusi kanallar vasitəsilə daxil olur, suyun səviyyəsinin aşağı düşməsi zamanı bu kanallar dərinləşdirilməlidir. Bu edilməsə gəmilər limana daxil olmayacaq”, - deyə Əmir Əliyev bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: