Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

03.11.2022 15:27
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli “Vətən müharibəsi: 44 günlük zəfər salnaməsi” mövzusunda konfransda iştirak edib

Akademik İsa Həbibbəyli “Vətən müharibəsi: 44 günlük zəfər salnaməsi” mövzusunda konfransda iştirak edib

Milli Müdafiə Universitetinin təşkilatçılığı ilə “Vətən müharibəsi: 44 günlük zəfər salnaməsi” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə nazirinin salamlarını konfrans iştirakçılarına çatdıran nazirin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev konfransda çıxış edərək Azərbaycan Ordusunda aparılan islahatların elmi əsaslara söykəndiyini qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordumuzun qardaş Türkiyə Silahlı Qüvvələri modelinə uyğun inkişaf etdirilməsi barədə göstərişinin hərbi və elmi cəhətdən bəhrəsini verdiyi konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

İşğal olunmuş torpaqlarımızın azad edilməsinə nail olunmasında Vətən müharibəsinin mahiyyət etibarı ilə ümumxalq ideyası və amalına çevrildiyini bildirən Baş Qərargah rəisi qələbəmizin xalqın sarsılmaz iradəsi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Silahlı Qüvvələrimizin bütün qoşun növü və hissələrinin qarşılıqlı fəaliyyəti, o cümlədən yeni üsul və ən müasir silahların tətbiqi ilə qazanıldığını xüsusi vurğulayıb.

Elmi-praktik konfransda, həmçinin Milli Müdafiə Universitetinin rektoru, professor, general-leytenant Heydər Piriyev, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev, Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc və başqaları çıxış ediblər.

Sonra milli təhlükəsizlik, hərbi, texniki və humanitar elmlər, eləcə də hərbi təbabət bölmələri üzrə elmi məruzələr dinlənilib.

Sonda konfrans iştirakçılarına Milli Müdafiə Universiteti və Vətən müharibəsi barədə videoçarxlar nümayiş etdirilib.

AzərTac

  • Paylaş: