Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

13.05.2025 11:58
  • A-
  • A
  • A+

Balakən Tarix-Diyarşünaslıq Muzeyində akademik Yaqub Mahmudova həsr olunan guşə yaradılıb

Balakən Tarix-Diyarşünaslıq Muzeyində akademik Yaqub Mahmudova həsr olunan guşə yaradılıb

Balakən Rayon Tarix-Diyarşünaslıq Muzeyində AMEA-nın müşaviri akademik Yaqub Mahmudovun həyatı, elmi‐pedaqoji və ictimai‐siyasi fəaliyyətinə həsr olunan guşə təşkil edilib.

Guşə Balakən Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə yaradılıb.

Guşənin yaradılmasında məqsəd Azərbaycan tarix elminin tədqiqi və tədrisində böyük xidmətləri olan Yaqub Mahmudovun zəngin elmi irsini tanıtmaq, onun milli ideologiyanın formalaşmasındakı rolunu gənc nəslə çatdırmaqdır.

Guşədə görkəmli tarixçi alimin 20 cildlik “Seçilmiş əsərləri”, yerli və xarici təltiflərinin surətləri, eləcə də onun həyat və fəaliyyətini əks etdirən fotomateriallar yer alır.

Xatırladaq ki, Yaqub Mahmudov Balakən rayon təhsil mühitinin yetirməsidir. O, 1956-cı ildə Balakən rayonunun Sarıbulaq kənd tam orta məktəbini bitirib və ilk yetirməsi olduğu həmin məktəbdə də pedaqoji fəaliyyətə başlayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: