Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunun Patent Tədqiqatları və İnnovasiya şöbəsinin müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Gülnarə Qasımova tərəfindən Sumqayıt Dövlət Texniki Kollecində tələbələr üçün “Əqli mülkiyyət nədir?” mövzusunda təlim keçirilib.
Təlimdə əqli mülkiyyətin əsas anlayışları, qorunması və tətbiq sahələri haqqında geniş məlumat verilib. Tələbələrin böyük marağına səbəb olan tədbir mövzu ətrafında müzakirələrlə davam edib.
Sonda təlimçi Gülnarə Qasımova tərəfindən tələbələrin sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.