Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.11.2022 16:00
  • A-
  • A
  • A+

Fizika İnstitutunda Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

Fizika İnstitutunda Zəfər Günü ilə əlaqədar tədbir keçirilib

AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözləri ilə institutun baş direktoru, akademik Arif  Həşimov açıb. O, 8 noyabr tarixinin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib. A.Həşimov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin apardığı siyasət və igid əsgərlərimizin göstərdiyi şücaət nəticəsində 30 illik torpaq həsrətimizə son qoyulduğunu bildirib. Akademik çıxışında bu qələbənin Azərbaycan üçün yeni dönəmin başlanğıcı olduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə işğaldan azad olunmuş torpaqlarda yenidən qurma işləri aparılır. Zəngilan rayonunda  “Ağıllı kənd” layihəsi bu işlərin bariz nümunəsidir.

Tədbir fizika üzrə fəlsəfə doktoru Afət Kərimovun çıxışı ilə davam edib. O,  bildirib ki,  30 ildən  sonra  Azərbaycan  torpaqlarının işğaldan  azad  olunması  tarixi  bir hadisədir. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, igidlərin qanı bahasına alınmış torpaqları qorusun, bu anı heç vaxt unutmasın və daim yaddaşlarında saxlasınlar.

Daha sonra fizika elmləri doktoru Rəhim Ələkbərov çıxışında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ali sərkərdəliyi ilə qazanılmış 44 günlük müharibənin tarixi qələbəsindən danışıb. Bildirib ki, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi Azərbaycan xalqının qəlbində daima yaşayacaq.

Tədbirdə, həmçinin institutun Həmkarlar Komitəsinin sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova, fizika üzrə fəlsəfə doktorları Kamil Qurbanov, Lalə Əliyeva, Şəfəq Əhədzadə, Eldar Həsənov II Qarabağ müharibəsində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: