Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.11.2022 10:04
  • A-
  • A
  • A+

Memarlq və İncəsənət İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Memarlq və İncəsənət İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycan Respubikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə 14-16 noyabr 2022-ci il tarixlərində “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda II beynəlxalq elmi-praktiki konfrans baş tutub.

Tədbiri açan Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi konfransın Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Fikrət Əmirovun 100 illik yubiley ili çərçivəsində keçirildiyini bildirib.

Konfransda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun alimləri AMEA-nın müxbir üzvü, Memarlıq və İncəsənət İnstitutunun İncəsənətin qarşılıqlı ənənələri şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Rəna Məmmədova “Musiqi sənətinin təkamülünün orijinal nəzəriyyəsi barədə”, Muğamşünaslıq şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevil Fərhadova “Muğamın makro problem kimi elmi dərki perspektivləri”, Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi şöbəsinin müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli məruzə ediblər.

Muğamşünaslıq şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yeganə Bayramlı “Sazəndə dəstəsi ənənə və müasirlikdə”, həmin şöbənin dissertantı Vəfa Qurbanova “Muğam-elm və təcrübə kimi (problemin qoyuluşuna dair)” adlı  məruzələrlə çıxış ediblər.

Sonda Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert proqramı ilə tədbirə yekun vurulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: