Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

17.11.2022 14:30
  • A-
  • A
  • A+

Tarix Muzeyinin əməkdaşı Teymur bəy Bayraməlibəyova məxsus sənəd üzərində bərpa işləri aparıb

Tarix Muzeyinin əməkdaşı Teymur bəy Bayraməlibəyova məxsus sənəd üzərində bərpa işləri aparıb

Milli Azərbaycan Tarixi Muzeyinin Bərpa laboratoriyasında tarixçi-etnoqraf, pedaqoq, maarifçi, Zaqafqaziya Müəllimlər Seminariyasının məzunu olmuş Teymur bəy Bayraməlibəyova məxsus sənəd üzərində bərpa işləri aparılıb.

Bərpaya ehtiyacı olan sözügedən sənəd Teymur bəy Bayraməlibəyovun Tiflisdə Qafqaz Baramaçılıq Stansiyasının ipəkçilik və arıçılıq kurslarını dinləməsi haqqında vəsiqəsidir.

Eksponat mexaniki təmizlənərək yuyulub, köhnə yapışdırıcı kağızından təmizlənib, dörd hissəyə bölünmüş hissələr yığılaraq uyğun kağıza dublikasiya edilib.

Eksponata ikinci həyat verən muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Səbinə Əfəndiyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: