Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.11.2022 14:40
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunda ADNSU-nun tələbələrilə görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda ADNSU-nun tələbələrilə görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbələrilə görüş keçirilib.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev rəhbərlik etdiyin müəssisədə aparılan elmi tədqiqat işləri haqqında qonaqlara geniş məlumat verib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq və gələcək planlar barədə müzakirələr aparılıb.

Həmçinin tələbələrin bilik və bacarıqlarının artırılması, laboratoriya avadanlıqları ilə yaxından tanış olması məqsədilə tələbələr üçün “Ətraf mühitin radiasiya kimyası”, “Heterogen proseslərin radiasiya kimyası”, “Radioekologiya” və “Radiokimya və radioprotektorlar” laboratoriyaları ilə tanışlıq məqsədilə infotur təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: