Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

06.05.2025 09:46
  • A-
  • A
  • A+

Dilçi alim Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması ilə bağlı keçirilən tədbirdə iştirak edib

Dilçi alim Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması ilə bağlı keçirilən tədbirdə iştirak edib

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanına uyğun olaraq, dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində görüş keçirilib.

Görüşdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor İlham Tahirov, Dövlət Komitəsinin və tabeliyindəki qurumların əməkdaşları iştirak ediblər.

Professor İlham Tahirov Azərbaycan dilinin saflığının qorunması istiqamətində qəbul edilən dövlət proqramlarının önəminə toxunub. Dilimizin saflığının qorunmasının və özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsinin, eyni zamanda dili yad ünsürlərdən qorumağın vacibliyi haqqında danışıb.

Həmçinin dilimizin normalarına uyğun olmayan anlayışlar və mövzu ilə əlaqədar digər praktiki məlumatlar verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: