Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.11.2022 15:19
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilib. Tədbirdə institutun rəhbərliyi, şura üzvləri, şöbə və laboratoriya müdirləri iştirak ediblər.

İclasda İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva gündəlikdən irəli gələn ilk məsələ ətrafında məurzə edib. S.Quliyeva 2022/2023-cü tədris ili üzrə institutun magistraturasına qəbul olunan magistrantların dissertasiya mövzuları, elmi rəhbər və fərdi iş planları barədə şura üzvlərinə məlumat verib.

Sonra açıq səsvermə keçirilərək dissertasiya mövzuları, elmi rəhbər və fərdi iş planlarının təsdiq olunması haqqında qərar qəbul edilib.

Daha sonra institutun Kütləvi xidmət və ehtiyatların idarə edilməsi sistemlərinin modelləşdirilməsi laboratoriyası, Fövqəladə hallarda idarəetmə laboratoriyası, Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi laboratoriyası və Beynəlxalq əlaqələr və innovasiya şöbəsinin 2022-ci il üzrə hesabatları dinlənilib.

Sonda dinlənilən hesabatlarla bağlı geniş müzakirə aparılıb, açıq səsvermə keçirilərək hesabatlar müsbət qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: