Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

30.11.2022 17:00
  • A-
  • A
  • A+

Qazaxıstanlı doktorant Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübə keçib

Qazaxıstanlı doktorant Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübə keçib

AR Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə Qazaxıstan Respublikası Qorqud Ata adına Qızıl Orda Dövlət Universiteti arasında bağlanmış müqavilə əsasında Qızıl Orda Dövlət Universitetinin “Meliorasiya, rekultivasiya və torpaqların mühafizəsi” ixtisası üzrə təhsil alan doktorantı Ləzzət Koldasova Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi təcrübədə olub.

Doktorant elmi ixtisaslaşma təcrübəsini uğurla başa vurub. Sonda Ləzzət Koldasova Torpaqşünaslıq və Aqrokimya İnstitutunun sertifikatı ilə təltif olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: