Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.09.2024 20:44
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının şöbə müdiri ADA Universitetində keçirilən tədbirdə iştirak edib

AMEA Rəyasət Heyəti aparatının şöbə müdiri ADA Universitetində keçirilən tədbirdə iştirak edib

26 sentyabr 2024-cü il tarixində ADA Universitetində NATO Sülh və Təhlükəsizlik naminə Elm proqramı (Science for Peace and Security-SPS) barədə “Məlumatlandırma günü” baş tutub.

Tədbir Azərbaycanın Xarici İşlər Nazirliyi və NATO-nun İnnovasiya, Hibrid və Kiber məsələlər üzrə bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə NATO Baş katibinin İnnovasiya, Hibrid və Kiber məsələlər üzrə müavininin köməkçisi Ceyms Appaturay virtual qaydada, o cümlədən NATO SPS proqramının əməkdaşları, ölkəmizdən isə NATO ilə əməkdaşlıq üzrə aidiyyəti dövlət qurumları, həmçinin Elm və Təhsil Nazirliyinin nəzdində əlaqədar institutların nümayəndələri iştirak ediblər.

Tədbir zamanı SPS proqramı, onun prioritetləri, həmçinin Azərbaycan və NATO arasında praktiki əməkdaşlığa dair həyata keçirilmiş və cari layihələrlə bağlı geniş təqdimatlar nümayiş etdirilib, həmçinin meydana gələn təhlükəsizlik problemlərinin həllində elmin və texnologiyanın rolu barədə müzakirələr aparılıb.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva da iştirak edib. O, çıxışında AMEA-nın elmi müəssisə və təşkilatları tərəfindən bu proqram çərçivəsində həyata keçirilmiş layihələr barədə məlumat verib, Respublika Seysmoloji Xidmət Mərkəzinin layihələrini diqqətə çatdırıb. Beynəlxalq elmi layihələrə qoşulmaq məqsədilə AMEA tərəfindən ikitərəfli layihə müsabiqələrinin keçirildiyini, TÜBİTAK-la birgə yeni layihə müsabiqəsinin elan edildiyini bildirib. Həmçinin "Horizon Avropa" proqramı üzrə AMEA tərəfindən Avropa Komissiyasının ekspertləri ilə birlikdə məlumat günləri və təlimlərin təşkil edildiyini, bunun nəticəsi kimi 2019-cu ildən etibarən Azərbaycanın COST fəaliyyətində iştirakının 2 layihədən 80-dən çox layihəyə yüksəldiyini, Azərbaycanın yaxın qonşu ölkələr arasında birinci yerə yüksəldiyini deyib.

Report.az

  • Paylaş: