Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim Dubayda keçirilən konfransda Gülüstan ostanının toponimlərindən danışıb
18.04.2025 14:00
  • A-
  • A
  • A+

Şərqşünas alim Dubayda keçirilən konfransda Gülüstan ostanının toponimlərindən danışıb

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Aybəniz Həsənova Beynəlxalq Elm və Sənət Tədqiqat Mərkəzinin (İSARC) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirdiyi 10-cu Beynəlxalq Dubay Elmi Tədqiqatlar və İnnovasiya Konfransında onlayn iştirak edib.

Şərqşünas alim konfransda “Gülüstan ostanının toponimləri” mövzusunda məruzə edib. İndiyədək Gülüstan ostanının toponimlərinin elmi şəkildə araşdırılmadığını deyən məruzəçi İranın şimal-şərqində yerləşən bu ostanın coğrafi mövqeyi, onunla həmsərhəd olan ostanlar barədə məlumat verib. Gülüstan ostanının əhalisinin 60 faizinin türkmənlər, Xorasan türkləri və azərbaycanlılar olduğunu bildirib. Ostanın Azadşəhr, Ağqala, Əliabad, Gümüşan və s. şəhristanları ilə bağlı məlumat verən A.Həsənova bu adların mənşəyinə diqqət çəkib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: