24 aprel 2025-ci il tarixində saat 11:00-da Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunda “Su əsaslı ikifazalı sistemlər və onların tətbiq perspektivləri” mövzusunda elmi seminar keçiriləcək.
Seminarda Bakı Dövlət Universitetinin Maddə quruluşu kafedrasının müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Eldar Məsimov çıxış edəcək.
Məruzədə suyun qeyri-adi xassələrindən, bu xassələrin anomallıqlarından, bu anomallıqların səbəblərindən olan “Hidrofob effektdən”, nisbi hidrofobluğun kəmiyyətcə qiymətləmdirilməsi üçün hazırlanmış ikifazalı sistemlərdə maddələrin qeyri-bərabər paylanmasına əsaslanan metodun mahiyyətindən, istənilən maddənin suyun strukturuna və termodinamik halına təsirindən danışılacaq.
Ünvan: Biofizika İnstitutu, AZ1141, Bakı ş., Zahid Xəlilov küç., 117
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.