Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiya İnstitutunun alimi İctimai Televiziyada içməli su problemlərindən danışıb
18.04.2025 09:31
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun alimi İctimai Televiziyada içməli su problemlərindən danışıb

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Qurunun hidrologiyası və su ehtiyatları şöbəsinin müdiri professor Rza Mahmudov İTV-nin “Sabaha saxlamayaq” verilişinin iştirakçısı olub.

İçməli su problemi, şirin su çatışmazlığı kimi aktual bir mövzuya veriliş həsr etdiyinə görə İTV kanalına təşəkkürünü bildirən alim su ilə bağlı problemin yaranmasının tarix boyu iqlimlə əlaqədar olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə quraqlığın və ya sellərin yaranması, çaylarda suyun artması və ya azalması  və s. iqlimin məhsuludur. Dünyada iqlim dəyişmələri və su probleminin yaranması artıq keçən əsrin sonlarından alimlərə bəlli idi, bu gün isə bunu hər kəs bilir. İçməli su qıtlığının yaranmasında ikinci səbəb əhali artımı, üçüncü səbəb suyun keyfiyyət və kəmiyyət göstəricilərinin dəyişməsidir. Burada təbii itkilər və antropogen amillərin təsirini də nəzərə almaq lazımdır.

Professor verilişdə mövcud su ehtiyatlarımızdan səmərəli istifadə, su ehtiyatlarının qiymətləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə su ehtiyatlarının vəziyyəti, texniki və təkrar sulardan istifadə, ölkəmizdə bu sahədə görülən işlər və s. haqqında fikirlərini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: