Türkiyənin paytaxtı Ankarada Atatürk Dil Kültür, Dil və Tarix Qurumunun rəhbərliyi ilə X Beynəlxalq Türk Dili Qurultayı keçirilir.
Beynəlxalq tədbirdə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, elmi işlər üzrə direktor müavini dosent Baba Məhərrəmli, şöbə müdiri professor İsmayıl Kazımov və dosent Kubra Quliyeva iştirak edirlər.
100-dən çox ölkədən alimlərin qatıldığı qurultay işini sabah da davam etdirəcək.