Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.12.2022 17:21
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyevə REA-nın vitse-prezidenti V.Parmon təşəkkür məktubu göndərib

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyevə REA-nın vitse-prezidenti V.Parmon təşəkkür məktubu göndərib

Rusiya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Valentin Parmon AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik Dilqəm Tağıyevə təşəkkür məktubu göndərib.

Məktubda deyilir (ixtisarla):

“Hörmətli Dilqəm Bəbir oğlu!

Rusiya Elmlər Akademiyasının Sibir Elmi Bölməsinin və II beynəlxalq “Avrasiya transsərhəd iqtisadi və elmi-texniki qarşılıqlı əlaqələr” konfransının Proqram Komitəsi adından bu forumda şəxsən iştirak etdiyinizə görə Sizə səmimi təşəkkürümü bildirirəm ki, bu çətin zamanda Novosibirskə gəlmək fürsəti tapdınız.

Azərbaycan Milli Elmlər Akademiyası ilə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin qarşılıqlı əlaqələrini aktivləşdirmə səyləriniz üçün Sizə minnətdarıq və birgə fəaliyyət üçün dəstək verməyə hazırıq.

Mən xüsusilə şadam ki, Sizin gəlişinizlə hər ikimizə yaxın olan kataliz elmində səmərəli əlaqələr qura bilmişik və onun davamına ümidvaram.

Hörmətli Dilqəm Bəbir oğlu, akademik strukturlarımız arasında məhsuldar əlaqələrin inkişafına və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin himayəsi altında növbəti beynəlxalq forumlarda şəxsi iştirakınıza ürəkdən ümid edirik.

Sizi 2024-cü ilin payız ayına planlaşdırılmış III beynəlxalq Avrasiya transsərhəd qarşılıqlı əlaqələri konfransında fəxri qonaq qismində görməyə şad olarıq.

Yeni il ərəfəsində sizə xoşbəxtlik, cansağlığı, yaradıcılıq uğurları, sabitlik və gələcəyə inam arzulayırıq.

REA-nın vitse-prezidenti,

REA-nın Sibir Bölməsinin sədri, akademik V.N.Parmon

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: